Moskvanın Fövqəladə Hallar Nazirliyi əhaliyə hava ilə bağlı xəbərdarlıq edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, edilən xəbərdarlıqda bu gün Moskva və ətraf rayonlara güclü qar yağacağı, külək olacağı və yolları buz bağlayacağı bildirilir.
FHN güclü qarın yollarda güclü tıxacların yaranması, elektrik enerjisinin kəsilməsi və qəzaların artmasına şərait yaradacağının istisna olmadığı bildirilir. Nazirliyin xəbərdarlığına görə, əlverişsiz hava şəraiti insanların yaralanması, ağacların yıxılması ilə nəticələn bilər. Güclü qar böyük strukturlara da ziyan vura bilər.
Sürücülərə hərəkət sürətini azaltmaq və nəqliyyat vasitələri ilə məsafəni artırmaq və yollarda manevrlər etməmək tövsiyə olunur. Sürücülərə həmçinin avtomobillərini küçədə tək qoymamaq da məsləhət görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB