Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Daha bir möhtəşəm tədbir olan “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə bütün yaşıllaşdırma mövsümü ərzində, yəni gələn ilin mart ayına qədər davam edəcək.700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzətdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsinə töhvə vermiş olacaq. Kampaniya çərçivəsində növbəti möhtəşəm tədbir noyabrın 25-də Samux rayonunda həyata keçirilib.
Bu kampaniyada YAP Samux rayon təşkilatının idarə heyəti və şurasının üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, eləcə də partiyanın çağırışına qoşulan idarə və müəssisələrin əməkdaşları yaxından iştirak ediblər.Aksiyada Lək-Əlibayramlı magistiral avtomobil yolunun kənarına və sosial-ictimai obyektlərin həyətlərinə 1000 ədəddən artıq həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, onların suvarılması təmin edilibdir. Ağacların inkişafı üçün gübrələr verilərək yeni su xətti çəkilibdir. Aksiya ilə bağlı YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu tədbir gələn ilin mart ayına kimi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB