"Qış mövsümündə isidilməsi nəzərdə tutulan obyektlər istiliklə təmin olunub"
“Azəristiliktəchizat” ASC-də istilik mövsümə hazırlıqla əlaqədar nəzərdə tutulan tədbirlər noyabrın 15-dək başa çatdırılıb. Hazırda 2017-2018-ci illər payız-qış mövsümündə ASC mənbələri tərəfindən isidilməsi nəzərdə tutulan obyektlər istiliklə təmin olunub.
Bu barədə AZƏRTAC-a ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
O qeyd edib ki, hazırda 550 qazanxana və 92 istilik məntəqəsi vasitəsilə 3 min 750 yaşayış binası, o cümlədən 175 mindən çox mənzil, 285 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi, 1200-ə yaxın digər sosial və təsərrüfat obyekti “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB