Qusar
YAP Qusar rayon təşkilatının və rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə "Hərəyə bir ağac əkək" devizi altında növbəti ağacəkmə kampaniyası keçirilib. Qeyd edək ki, Azərbaycanın tarixində və ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan YAP-ın 25 illik yubileyi Qusar rayonunda müxtəlif tədbirlərlə qeyd olunmuşdur.
Yaşıllaşdırılmanın və ağacəkmənin ekoloji tarazlığın pozulduğu müasir dünyamızda həyat üçün aktuallığını və böyük əhəmiyyətini nəzərə alaraq, ağacəkmə mövsümündə 5800 tingin əkilməsi nəzərdə tutulmuşdur. Həmin gün 1500-ə qədər qoz ağacı aqrotexniki qaydalara riayət olunmaqla əkilmişdir.
Ağacəkmə kampaniyası, mütəmadi olaraq, rayon mərkəzində və bütün yaşayış məntəqələrində meyvə və dekorativ ağacların əkilməsi ilə növbəti ilin yaz aylarına qədər davam etdiriləcəkdir.


Qobustan
Dünən Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı Qobustan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birlikdə partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində Cəngi kənd ərazisində 0,5 ha sahədə 350 badam tingi əkilmişdir. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr, həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi, yaşıllıq sahələrinin genişləndirilməsi işi Qobustan rayonunda da uğurla həyata keçirilir. Ağacəkmə kampaniyasında YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gulaliye, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər, Cəngi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdi.
.jpg)
Qeyd edək ki, Qobustan rayonunda "Hərəyə bir ağac əkək" kampaniyası üzrə tədbirlər planına uyğun olaraq davam etdiriləcək.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB