Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə yeni geri dönmə hissə yaradılıb.
Bu barədə SİA-ya “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib. Məlumata əsasən, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.
Yeni geridönmə hissənin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb və 375 kvadratmetr təhlükəsizlik adacağı qurulub.
Bundan əlavə, yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiqamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq, 200 və 500 metr uzunluğunda, 4,5 metr enində yol genişləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB