Baş nazirin müavini: “Qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur”
“Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir”. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.
Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur: “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, insanların gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlərin ödənilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.
Baş nazirin müavini vurğulayıb ki, qeyri-rəsmi məşğulluq həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq satistikanın aparılmasına mane olur.
Ə.Əhmədov əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB