Komitə sədri: “İraqdakı Azərbaycan vətəndaşlarının geriyə qaytarılması istiqamətində işlər davam etdirilir” - AÇIQLAMA

Komitə sədri: “İraqdakı Azərbaycan vətəndaşlarının geriyə qaytarılması istiqamətində işlər davam etdirilir” - AÇIQLAMA

“Suriya və İraqda “İŞİD” terror təşkilatının fəaliyyəti getdikcə aradan qaldırılır. “İŞİD”dən azad olunmuş ərazilərdə ayrı-ayrı ölkələrdən gəlmiş şəxslər müəyyənləşdirilir”. SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycandan da ora aldadılaraq ailə üzvləri, övladları ilə birlikdə aparılan şəxslər olub: “Həmin şəxslərin ölkəyə qaytarılması dövlətin diqqət mərkəzindədir. Azərbaycanda aidiyyəti qurumlar İraqdakı Azərbaycan vətəndaşlarının, xüsusilə uşaqların geriyə qaytarılması istiqamətində işləri davam etdirir. Bir nəfər də olsun Azərbaycan vətəndaşı, xüsusən də uşaqlar kənarda qala bilməz. Qeyri-qanuni silahlı birləşmələrə qoşulan şəxslərə qarşı isə qanunvericiliyə uyğun olaraq cinayət işləri qaldırılıb, onlar qanun qarşısında cavab verməli olacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə