“Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” adlı konfrans keçirilib - FOTOLAR SƏS TV

“Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” adlı konfrans keçirilib - FOTOLAR SƏS TV

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” adlı konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkilli Fəttah Heydərov, millət vəkilləri Sevinc Fətəliyeva, Tahir Mirkişili, eyni zamanda dini icma sədrləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə DQİDK-nın sədri Mübariz Qurbanlı açıb. O, konfransın işi haqqında məlumat verib. M.Qurbanlı “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda fikirlərini bildirib. Komitə sədri tarix boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə mehribanlıq şəraitində yaşamasının Azərbaycan xalqının ən böyük dəyərlərindən və sərvətlərindən biri olduğunu qeyd edib. O, gənclərimizin multikulturalizm və tolerantlıq mühitində yetişdirilməsinin vacibliyindən danışıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, “İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə, Azərbaycan Respublikasının Alban-udi xristian dini icmasının sədri Robert Mobili və "Asan Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında Birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə