İstintaq təcridxanasında yeni kadr təyinatı olub

İstintaq təcridxanasında yeni kadr təyinatı olub

3 saylı İstintaq təcridxanasına yeni kadr təyinatı olub. SİA-nın verdiyi məlumata görə, ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun imzaladığı əmrlə 17 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Əliyev Cəlil Misir oğlu 3 saylı İstintaq Təcridxanasına rəis gətirilib.

Qeyd edək ki, dünən Bakı istintaq təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Onun yerinə 3 saylı istintaq idarəsinin rəisi Elnur İsmayılov təyin olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə