VII mövsümün qalibləri mükafatlandırılıb

VII mövsümün qalibləri mükafatlandırılıb
"Mən Azərbaycanlıyam" adlı milli-bilik yarışmasının VII mövsümünün qalibləri mükafatlandırılıb.SİA-nın xəbərinə görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirininmüavini Firudin Qurbanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və digər rəsmilər iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, məqsəd gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.

Qeyd olunub ki, bu ilin yanvar ayının 1-dən başlanan VII mövsümdə iştirak etmək üçün 7500 gənc qeydiyyatdan keçib. Finala 40 nəfər seçilib. Mövsüm ərzində bölgələrdən gələn yarışmacıların sayı çox olub. Bu mövsümdə daha çox ali təhsil ocaqlarının tələbələri iştirak edib. Onlar içərisində ən fəal və uğurlu iştirakçılar Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyasından olub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2010-cu ildən həyata keçirilən bilik yarışmasında ümumilikdə 35 000 nəfərdən artıq gənc qeydiyyatdan keçib. Onlardan 2800 nəfəri oyunda iştirak edib, 280-i oyundan qalib kimi ayrılıb.7 nəfər ilin qalibi, 21 nəfəri isə ikinci yerə layiq görülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com