YAP GB turnirlərdə iştirak edəcək

YAP GB turnirlərdə iştirak edəcək

YAP Gənclər Birliyinin üzvləri Milli Debat Proqramı çərçivəsində debat biliklərinə yiyələnəcək, bacarıqlarını inkişaf etdirib, turnirlərdə iştirak edəcəklər. SİA-nın verdiyi məlumata görə, YAP-ın 25 illiyinə həsr olunmuş tədbirlər sırasında yer alan debat turnirləri YAP Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Başlıca məqsədləri gənclərin inkişafı və asudə vaxtlarının səmərəli təşkili olan hər iki təşkilatın birgə fəaliyyəti nəticəsində YAP -nın 25 illik tədbirində böyük debat turnirinin keçirilməsi planlaşdırılıb. Belə ki, debat yarışlarına marağı olan, habelə bu sahədə öz bilik və bacarıqlarını artırmaq istəyən YAP Gənclər Birliyinin Bakı və Sumqayıt şəhərləri üzrə müxtəlif nümayəndəliklərinə üzv olan gənclərə Milli Debat Proqramı tərəfindən debat təlimləri keçiriləcək. Təlimlərdən sonra formalaşmış komandalar, üzv olduğu nümayəndəliyi təmsil edərək, debat turnirlərinə qoşulacaqlar. Qeyd edək ki, “YAP” nın 25 illiyinə həsr olunmuş forumun mövzu üzrə təlimləri 2017-ci ilin dekabr ayının ilk günlərini, turnirlər isə ümumilikdə dekabr ayını əhatə edəcək.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə