Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sənəd işi asanlaşdı

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sənəd işi asanlaşdı

Azərbaycanda dövlət qulluğu imtahanından keçən namizədlərin məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə təqdim etdikləri sənədlərin siyahısı azaldılıb. SİA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Yeni dəyişikliklərə əsasən, müsabiqənin test imtahanından keçmiş namizədin təqdim etdiyi sənədlərin sıyahısından tam orta təhsil, orta ixtisas təhsili haqqında olan təhsil ixtisar edilib.

Dəyişiklikliyə əsasən, qaydalardan "tam orta təhsil və orta ixtisas təhsili haqqında sənəd namizədin yardımçı dövlət qulluğu vəzifəsinə iddia etdiyi halda əlavə edilir" qeydi də çıxarılıb..

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə