“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçmaz şəhər Olimpiya İdman Kompleksində 28 noyabr 2017-ci il tarixdə keçirilmişdir.
Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xaçmaz rayonundan seçilmiş millət vəkilləri İlham Əliyev, Eldəniz Səlimov, Millət vəkili Sabir Hacıyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, layihənin kordinatoru Kərim Ağayev və digər şəxslər iştirak etmişdir. Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili İlham Əliyev, Eldəniz Səlimov və Gənclər və İdman idarəsinin rəisi Emil Tağıyev çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. AFFA tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB