Mixail Saakaşvilinin xanımı Bakıya gələcək

Mixail Saakaşvilinin xanımı Bakıya gələcək

Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofs Bakıya gələcək. Bu barədə Modern.az-a Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib.

Onun sözlərinə görə, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcək. Səfər çərçivəsində Sandra Rulofs ilk olaraq Fəxri Xiyabanı ziyarət edəcək.

Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçiriləcək. Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə