Azərbaycan səfiri Tacikistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Elmlər Akademiyasının (EA) prezidenti Farxod Rahimi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib, elm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib, iki ölkənin elmlər akademiyaları arasında əlaqələrin daha da genişləndirilməsi üçün təkliflər irəli sürülüb.
A.Həsənov Azərbaycan alimlərinin Tacikistan EA-nın Əlyazmalar İnstitutunda saxlanılan qədim əlyazmaların araşdırılmasında maraqlı olduqlarını deyib, əlyazmaların tədqiqində təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Tərəflər ədəbiyyat, seysmologiya, astronomiya, geofizika və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd ediblər.
F.Rahimi 2015-ci ilin oktyabrında Bakıya səfərini xatırlayıb, Azərbaycan Milli Elmlər Akademiyasında keçirdiyi görüşlərin çox önəmli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Tacikistan elmlər akademiyaları arasında imzalanan memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən elmi konfransların təşkili, əlyazmaların mübadiləsi və birgə tədqiqat işlərinin aparılması ətrafında geniş müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB