Naxçıvan televiziyası ingilis dilində xəbər buraxılışına başlayır NTV
Bu gündən etibarən Naxçıvan Dövlət Televiziyası ingilis dilində xəbər buraxılışlarının yayımına başlayır.
Xəbər buraxılışlarında muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən həftəlik yeniliklər xronoloji ardıcıllıqla izləyicilərə təqdim ediləcək. Xəbər buraxılışı Naxcivantv.az saytında yerləşdirilməklə bərabər, televiziyanın sosial şəbəkələrdəki səhifələrində də paylaşılacaq.
Naxcivantv.az-ın məlumatına görə, xəbər buraxılışlarını televiziyanın əməkdaşları Firuzə Nuriyeva və Zülfiyyə Əhmədova hazırlayaraq efirə təqdim edəcəklər.
İngilis dilində xəbərlərin təqdimatı Naxçıvanla bağlı dəqiq və operativ informasiyaların daha geniş auditoriyada yayılmasına və muxtar respublikanın turizm potensialının xarici ölkələrdə təbliğinə yeni imkanlar açacaq. Xəbər buraxılışlarında həmçinin Naxçıvanın tarix və mədəniyyət abidələri barədə ingilis dilində süjetlər də yayımlanacaq.
İngilis dilində xəbər buraxılışı hər həftənin bazar ertəsi saat 21:00-da efirə təqdim olunacaq.
Xəbərlərin ilk buraxılışı noyabrın 27-i saat 21:00-da yayımlanacaq.
Qeyd edək ki, 2018-ci ildən isə xəbərlərin rus dilində yayımı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB