Ziya Məmmədov: "Şimal-Cənub dəhlizinin icrasında ölkəmiz üçün bir o qədər də problem yoxdur"
"Şimal-Cənub dəhlizinin icrasında ölkəmiz üçün bir o qədər də problem yoxdur". SİA-nın məlumatına görə, bu barədə jurnalislərə açıqlaçasında Azərbaycan Respublikasının nəqliyyat nairi Ziya Məmmədov deyib. "Bu dəhliz tam işə düşdükdən sonra bizim tərəfimizdə yenidənqurma işləri aparılacaq. Əslində problem İran İslam Respublikası tərəfindədir. Qəzvin-Astara dəmir yolunun çəkilişini sürətləndirməlidirlər. Bu dəmir yolunun uzunluğu təxmini olaraq 365 kilometrdir. Layihənin depozitarı Rusiya, İran və Hindistandır. Tərəflərdən çox şey asılıdır. Bu dəhlizin baş tutması üçün bizim tərəfimizdə heç bir problem yoxdur. Bu dəhliz baş tutarsa təxminən ildə 25 milyon tona qədər yükün daşınması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB