Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 130-150, Lənkəran-Astara bölgəsi çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 155 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 186 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 163 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 36 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 8, Bankədə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 m (2016-cı il noyabrın 27-də 527 sm), Şirvanda 245 sm, Salyanda 201 sm (2016-cı il noyabrın 27-də 335 sm), Bankədə 191 sm (2016-cı il noyabrın 27-də 256 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2016-cı il noyabrın 27-də 238 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB