Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Zaur Əliyev Sankt-Peterburq şəhərində "Beynəlxalq hüquq: dünən, bu gün, sabah" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib. Ombudsman Aparatının mətbaut xidmətindən SİA-ya verilən xəbərə gorə, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin təşkil etdiyi beynəlxalq konfransa müxtəlif ölkələrdən tanınmış hüquqşünas alimlər, Rusiya Federasiyasının (RF) nüfuzlu ali tədris müəssisələrinin professor-müəllim heyəti, beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının təmsilçiləri qatılıblar.
Ombudsman Aparatının əməkdaşı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının milli hüququ sistemlərdə imlementasiyası ilə bağlı çıxış edib. O, Avropa məkanında ən nüfuzlu regional beynəlxalq təşkilatlardan olan Avropa Şurasının (AŞ) əsas prinsipləri, fəaliyyət istiqamətləri, bu təşkilat çərçivəsində insan hüquqlarına dair qəbul edilən beynəlxalq-hüquqi aktlar, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası, onun qərarlarının milli hüquqa təsiri, respublikamızın bu nüfuzlu beynəlxalq regional təşkilatla əməkdaşlıq əlaqələri, AŞ çərçivəsində qəbul olunan konvensiyaların ratifikasiyası məsələlərinə toxunub.
Ölkəmizdə insan hüquqlarının təmininin dövlətin əsas prioritet məqsədləri sırasına daxil edilməsi, ölkəmizdə aparılan demokratik hüquqi islahatların insan hüquqlarının, beynəlxalq hüququn ümumqəbul olunmuş prinsipləri əsasında müdafiəsi sahəsində mühüm irəliləyişin əldə edilməsi, insan hüquqlarının müdafiəsində Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın səmərəli fəaliyyəti, Müvəkkil tərəfindən ölkəmizdə Avropa Konvensiyasının 60 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulması və bununla bağlı digər məsələlər barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB