“Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsində YAP-ın məxsusi rolu var” MÜNASİBƏT

“Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsində YAP-ın məxsusi rolu var” MÜNASİBƏT

“Əsası xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin və Qafqaz regionununən güclü partiyasıdır” Bu fikirləri SİA-ya Azərbaycan Alpaqut Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, tanınmış ictimaiyyətçi fəal Aqil Acalov hakim partiyanın yaranmasının 25-ci ildönümü münasibəti ilə fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Azərbaycanı, xalqımızı məhv olmaq təhlikəsindən və daxili-xarici zərərli qüvvələrdən xilas etməklə yanaşı, ölkəmizin müstəqilliyinin qorunmasında əvəzsiz xidmətlər göstərdi: “Məhz bu gün Yeni Azərbaycan Partiyası öz uğurlu fəaliyyətini cənab Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirir. Əbəs yerə deyil ki, ətrafında 700-mindən çox insanı birləşdirən partiyada gənclərin fəaliyyətinə xüsusi önəm verilir. Azərbaycanın qüdrətli və regionda aparıcı dövlətə çevrilməsində Yeni Azərbaycan Partiyasının böyük rolu var. Cənab prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində partiyanın yaranmasını tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi adlandırdı”.

“Bir daha hər bir partiya üzvünü ürəkdən təbrik edir, yeni-yeni uğurlar və ölkəmizin inkişafı, tərəqqisi istiqamətində nəhəng perspektivlərə imza atmalarını arzulayıram”-deyə Aqil Acalov qeyd edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə