Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir YENİLƏNİR

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir YENİLƏNİR

Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin , Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir. SİA-nın xəbərinə görə, tədbirdən öncə qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak edir. Forumun məqsədi uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Foruma Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir davam edir. Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009, II forum 2011, III forum, 2014-cü ildə keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə