Baltik federal Universiteti dekabrda yerə yaxınlaşacaq Faeton astroidinin virtual təsvirini yaradıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yaradılan astro-model ən görkəmli təcrübələrdən birinə çevrilib.
Məlumata görə, diametri 5 kilometr olan Faeton astroidi hesablamalara görə, 17 dekabrda Yerə yaxınaşacaq. Belə ki, astroidin kosmik miqyasda olduqca yaxın olan 10 milyon kilometr məsafədə yaxınlaşması gözlənilir.
Alimləri tərəfindən modelləşdirilmiş təsvirə görə, astroidi Gemenides astroidi müşayiət edir- hansı ki, bu, şimal göyün ən güclü meteoru hesab olunur. Onun maksimum aktivliyi 13-14 dekabr tarixlərində olacaq, həmin zaman göydə onlarla yanan meteorlar görünəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB