"Hacıbala Abutalıbovun səhhətində heç bir problem yoxdur" BŞİH-dən REAKSİYA

"Hacıbala Abutalıbovun səhhətində heç bir problem yoxdur" BŞİH-dən REAKSİYA

Bəzi mətbuat orqanlarında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirdiyi barədə məlumatlar yayılıb. Hətta Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı da bildirilib. BŞİH-dən isə mətbuatda yazılanların həqiqəti əks etdirmədiyi bildirilib: “Kim yayıb belə məlumatı? Hacıbala müəllimin səhhətində heç bir problem yoxdur, yaxşıdır. Hazırda da işinin başındadır. Bir az əvvəl Fəxri Xiyabanda olub. Hazırda işdədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə