Təhsil ocaqlarında "Milli Qəhrəmanlar guşəsi" yaradılır

Təhsil ocaqlarında "Milli Qəhrəmanlar guşəsi" yaradılır

Vətənpərvər olmaq heç də “Mən Vətənimi canımdan artıq sevirəm” demək deyil. Əsl vətənpərvər o şəxsdir ki, Vətənin dar günündə onun dərdinə ürəkdən yanan, Vətənin hər hansı probleminin həllində iştirakını özünün müqəddəs borcu bilən və ən əsası, Azərbaycan vətəndaşı olması ilə həmişə fəxr edəndir. Gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi və Azərbaycanın Milli Qəhrəmanlarının rəşadətli döyüş yolunun və həyat səlnaməsinin örnək kimi təbliği müasir dövrdə bir vəzifə kimi hər bir azərbaycanlının qarşısında durur.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhə bölgəsində olan rayonların təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına” ictimai dəstək layihəsi çərçivəsində Respublikamızın Ağdam, Tərtər, Bərdə, Fizuli, Tovuz və Qazax rayonların tam orta təhsil ocaqlarında gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi məqsədi ilə Milli Qəhrəmanlarımızın fotolarından ibarət baner üzərində “Azərbaycanın Milli Qəhrəmanları” adlı plakatlar çap etdirərək güşələrin yaradılmasına nail olub. Nəzərdə tutulan rayonlardan əlavə olaraq Xocalı və Şuşa rayon orta məktəblərindən edilən müraciətləti nəzərə alaraq həmin rayonların təhsil ocaqlarında da belə bir guşələrin yaradılması üşün plakatlarla təmin edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu il Respublikamızın 8 rayonunu əhatə etməklə 90 təhsil ocağında keçən ili də nəzərə alsaq ümumilikdə 200 dən artıq təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı guşələrin yaradılmasına nail olunub.

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə böyük rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin gənclər arasında mütəmadi olaraq təbliği və bu istiqamətdə məlumatlandırıcı tədbirlərin həyata keçirilməsi çox aktual və əhəmiyyətli omaqla yanaşı yeniyetmə və gənclərin vətənimizin layiqli vətəndaşı, Torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyümələrinə böyük dəstək olacaqdır.

Belə bir guşələrin yaradılmasında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə maddi dəstək göstərən daim bizim lahiyələrimizi qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bütün kollektivinə ictimai birliyin kollektivi və Milli Qəhrəman ailələri adından dərin təşəkkürümüzü bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə