Azərbaycanın nümayəndə heyəti beynəlxalq konfransda iştirak edir
Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə 13 noyabr 2017-ci il tarixində öz işinə başlayıb. SİA-nın ETSN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB