Paytaxtda “Özümüzü narkomaniyadan qoruyaq” mövzusunda konfrans keçiriləcək

Paytaxtda “Özümüzü narkomaniyadan qoruyaq” mövzusunda konfrans keçiriləcək
Bakı şəhərə Gənclər və İdman Baş İdarəsi "Özümüzü narkomaniyadan qoruyaq" mövzusunda konfrans keçirəcək. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli, 2271 saylı Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramın"nın yerinə yetirilməsi məqsədilə baş tutacaq.

Konfrans həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəasadları haqqında gənclərdə düzgün təsəvvürlərin formalaşdırılması və QİÇS-in profilaktikası sahəsində tədbirlərin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Qeyd edək ki, tədbir cari ilin 11 oktyabr tarixində saat 15:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə