Bakıda 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi başlayıb. SİA-nın xəbərinə görə, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İDEA ictimai birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" çıxış edir.
Sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var.
Tədbir noyabrın 16-dək davam edəcək.
Qeyd edək ki, Caspian Ecology - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbir sayılır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB