Moskvada "Çerkiz" bazarının keçmiş sahibi Telman İsmayılov iki cinayət hadisəsinə görə beynəlxalq axtarışa verilib. SİA-nın "Ria-novosti" yə istinadən verdiyi xəbərə görə, bundan öncə paytaxt məhkəməsi də biznesmenin tutulması ilə bağlı qərar verib.
Qeyd edək ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılov da cinayət işinə görə həbs edilib.
İstintaqa görə, biznesmen 2016-cı ildə Novorizhskoe magistralında ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lublino-Motors" şirkətinin təsisçisi Yuri Brilevin ölümündə günahlandırılır.
Araşdırma zamanı hüquq-mühafizə orqanları sahibkarların qətlində günahkar olan Mehman Kərimovu saxlayıblar. M. Kərimov İsmayılov qardaşlarının əleyhinə ifadə verib.
Qeyd edək ki, 2015-ci ildə Telman İsmayılov “Forbes” jurnalına görə Rusiyanın 200 ən zəngin iş adamının reytinqində 144-cü yeri tutmuşdur. İş adamının 600 milyon dollarlıq sərvətə malik olduğu açıqlanmışdı.
2016-cı ildə kreditorlar İsmayılovdan borclarını tələbə etməyə başladılar və iş adamı 2017-ci ildə rəsmi şəkildə iflas etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə