İrandakı zəlzələ Azərbaycana təsir edə bilərmi? RƏSMİ

İrandakı zəlzələ Azərbaycana təsir edə bilərmi? RƏSMİ

"İranda baş verən zəlzələnin Azərbaycanda olan zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur". Bunu SİA-ya açıqlamasında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

İranda baş verən yeraltı təkanların Azərbaycanda güclü hiss olunmadığını deyən, mərkəz rəhbəri söyləyib ki, İran-İraq sərhədində baş vermiş zəlzələ zamanı yaranan dərinlik qırılmalarının Azərbaycanla əlaqəsi yoxdur.

Xatırladaq ki, İranla İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib. İranda zəlzələ nəticəsində 200 nəfərdən çox insan ölüb, 1500 nəfər isə yaralanıb. İraqda isə 4 nəfərin ölüb, 200-dən çox insan yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə