Bərdə, Ağdam, Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Cəbrayıl, Qubadlı rayonlarını və Naftalan şəhərini təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gəliblər. AZƏRTAC xəbər verir ki, dörd gün ərzində Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada 400-ə yaxın şagird iştirak edir.
Tur-aksiyanın ilk günü Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar. Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar. Ekskursiyada iştirak edən məktəblilər noyabrın 14-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB