Nəsimi məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarına yola düşdülər FOTO

Nəsimi məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarına yola düşdülər FOTO

Nəsimi məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarına yola düşüblər. Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, tur-aksiyanın keçrilməsində əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 11-14 noyabr 2017-ci ildə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nəfər məktəbli şagird Lənkəran-Masallı-Astara rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunub.

Yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində 11 noyabrda Nəsimi rayonundan olan məktəblilərin yola salınma mərasimi keçirilib.

Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər.

Yola salma mərasimində çıxış edən valideynlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayiəti ilə yola salınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə