Daşkəsən məktəbliləri növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar

Daşkəsən məktəbliləri növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi adı altında respublikamızın ayrı-ayrı bölgələri, onların özünəməxsus xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan 9-11-ci sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur.

SİA-nın məlumatına görə, yüksək səviyyədə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 11-14 noyabr tarixlərində keçiriləcək.

Həmin tur-aksiyaya Daşkəsən məktəbliləri də qoşulub. Onlar Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar.

Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş tur-aksiyanın təntənəli yola salma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə rəhbərləri, müəllimlər, valideynlər, rayon ictimaiyyəti nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edən müəllimlər və valideynlər yaradılmış yüksək şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının bildirərək qeyd ediblər ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən belə tur-aksiyalar çərçivəsində şagirdlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanırlar. Bu da yeniyetmələrin sağlam vətənpərvər gənclər kimi yetişmələrində mühüm rol oynayacaq.

Sonra Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 40 nəfər şagirddən ibarət qrup Lənkəran şəhərinə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə