“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərlə görüş
10 noyabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Xəzər rayonundan olan məktəblilərlə görüş keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, görüşdə RİH-başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər rayon Təhsil İşçiləri Həmkarlar Təşkilatının sədri Həzərxan Əbilov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev turda iştirak edən 40 nəfər şagirdlər və valideyinlər iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Xəzər RİH Başçısı Gülağa İslamov məktəblilərə turun məqsədi barədə məlumat verib, Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Həmçinin, bildirib ki, artıq 4 ildir ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında səfər turları təşkil olunur. Səfərlər ölkəmizin müxtəlif şəhər və rayonlarına, Naxçıvan Muxtar Respublikasına olmuşdur. 2017-ci ilə kimi 13 min 648 məktəbli bu turlarda iştirak edib. Bu ilin noyabr ayında 4 istiqamət üzrə 76 rayon və şəhərdən 3213 şagird turda iştirak edəcək. 11 noyabrda şagirdlərimiz 40 nəfər heyətlə Gəncə, Şəmkir və Göy-göl rayonlarına səfərə çıxacaqlar. Ümummilli liderimizin qurub-yaratdığı müstəqil Respublikamiz indi Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublikanın sosial-iqtisadi gücü yüksəlmiş, şəhər və qəsəbələrimizin siması daha gözəl, müasir olmuşdur. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi bu il yenidən daha böyük formatda imzalanmış, müqavilənin vaxtı uzadılmışdır. Azərbaycanın pay bölgüsü daha da artmışdır. Yeni qaz lahiyələri ( TAP və TANAP) imzalanmış, boru kəmərləri istifadəyə verilmişdir. İpək yolunun dəmir yol xətti Bakı-Tbilisi-Qars istiqamətində başa çatdırılaraq Avropaya daha qısa məsafədən yük daşınmasına başlanılmışdır. Azərbaycan dünyanın ən əhəmiyyətli ölkəsinə çevrilmişdir. Prezidentimizin və Respublikanın I Vitse-prezidentinin qayğısı ilə səhiyyəmiz, təhsilimiz, mədəniyyətimiz, elmimiz və idmanımız daha müasir səviyyədə qurulur. Ölkədə irimiqyaslı mahni, olimpiya, müxtəlif idman yarışları, beynəlxalq konfranslar və dialoqlar təşkil olunur.
Daha sonra tədbirdə millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, 124 saylı tam orta məktəbin direktoru Sevda Abdullayeva, 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşıyevaya, Buzovna qəsəbəsi 125 saylı tam orta məktəbin şagirdi Fatimə Babaşovanın valideyni İmarət Mehdiyeva, Binə qəsəbəsi 149 saylı tam orta məktəbin şagirdi İsmayılov Əhməd Elçin oğlunun valideyni Humay Xudiyeva, 125 saylı tam orta məktəbin XI sinif şagirdi Emin Əliyev və 149 saylı tam orta məktəbin X sinif şagirdi Kərimzadə Şəbnəm Şəhriyar qızı çıxışlar etmişdilər.
Tədbirdə çıxış edən şagirdlər və valideyinlər yaradılan bu şəraitə görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB