YUNESKO-ya yeni baş direktor təyin edilib

YUNESKO-ya yeni baş direktor təyin edilib

Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib. SİA-nın məlumatına görə, onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.

Qeyd edək ki, 45 yaşlı fransalı sabiq nazir bu vəzifədə İrina Bokovanı əvəz edəcək.

Xatırladaq ki, İ.Bokova 2009-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə