Hidayət Orucov: “Qafqaz Müsəlmanları İdarəsi də bəzi ziyarətgahlardakı nəzir qutularına nəzarət edə bilmir”
90-cı illərdən sonra Azərbaycanda xeyli sayda məscid tikilib, ancaq onların əksəriyyəti qanunsuzdur. SİA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bugün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ölkədə Küveyt 73, Türkiyə 21, Səudiyyə Ərəbistanı 1 məscid tikib. Son illərdə komitənin qanunsuz tikililərin qanuniləşməsi ilə məşğul olduğunu deyən H.Orucov vurğulayıb ki, bundan sonra, ibadət yerlərinin tikintisi, bərpası və əsaslı təmiri yalnız komitənin rəyi əsasında həyata keçirilə bilər.
"Azərbaycanda 1 dənə də olsun məscid sökülməyib, ancaq qanunsuz tikililər sökülüb. Məscid adı ilə inşa edilən bütün qanunsuz tikililərin inşası dayandırılacaq. Bu proses bundan sonra da belə olacaq. Söhbət dini ibadət yerinin tikintisindən gedirsə, bu qanun çərçivəsində, pak, təmiz, bura xərclənən pullar isə halal olmalıdır. Ölkədə qanunların aliliyini qoruyan, dini təbliğ edən və dini işlərlə məşğul olan şəxslər olmalıdır. Sadəcə bəzən ajeortaj yaratmaq məqsədilə, bəzi dairələr öz mənfi fəaliyyətlərini ört-basdır etmək məqsədilə mətbuata bəzi dezinformasiyalar ötürürlər. Təbii ki, Azərbaycan cəmiyyəti bunu qəbul etmir. Bu məsələdə Azərbaycan dövlətinin, cəmiyyətinin mövqeyi bəlli və birdir. Xahiş edirəm ki, bu məsələdə media da diqqətli olsun", - deyə o əlavə edib.
Daha sonra H.Orucov nəzir qutuları ilə bağlı məsələyə də münasibət bildirib. O bildirib ki, nəzir qutularına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən nəzarət edilir: "Amma elə ziyarətgahlar var ki, Qafqaz Müsəlmanları İdarəsi buradakı nəzir qutularına nəzarət edə bilmir. Bu məsələnin tənzimlənməsinə başlanıb. Bir qədər sonra bu məsələ ilə bağlı daha müfəssəl açıqlama vermək imkanı olacaq. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitə ilə Qafqaz Müsəlmanlar İdarəsi arasında bu məsələnin tənzimlənməsi üzərində işləyir. Ziyarətgahlar da dini icmalar kimi fəaliyyət göstərəcək. Burada nəzir qutularına toplanan nəzir icmanın nəzarəti ilə lazım olan yerlərə xərclənəcək. Hazırda ölkədə 500-ə qədər ziyarətgah var, ancaq onlardan 50-si fəaldır".
Komitə sədri bundan əlavə, dəfn mərasimlərinin keçirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, dini komitə dəfn mərasimləri ilə bağlı yeni qanun layihəsi hazırlayıb. O bildirib ki, bu layihə hazırlanarkən başqa ölkələrin də təcrübəsi öyrənilib: "Artıq qanun layihə müvafiq quruma təqdim olunub. Yeni parlamentin ilk fəaliyyəti dövründə yəqin ki, bu qanun layihəsinə baxılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB