Beynəlxalq tədbirə hazırlıq gedir

Beynəlxalq tədbirə hazırlıq gedir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan 4-cü Sessiyası ilə bağlı, Bakı şəhərində ilk hazırlıq iclası baş tutub. Təşkilatdan SİA-ya verilən xbərə görə, iclasda tədbirə ev sahibliyi edəcək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İƏT GİN nazirləri Konfransının katibliyi səlahiyyətlərini icra edən Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun müvafiq struktur rəhbərləri iştirak ediblər.

İclasda 4-cü sessiyanın gündəliyi, proqramı, keçirilmə tarixi, hazırlıqla bağlı təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, hazırlıq iclasının qərarına əsasən, “İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü Sessiyası”nın 2018-ci ilin aprelində Bakıda həyata keçirilməsi planlaşdırılır.

Sessiyaya hazırlıq fəaliyyəti ilə bağlı tərəflər arasında iş planı tərtib olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə