"Ölkəmizin bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, xaqlımızın maddi, mənəvi və bədii mədəniyyətin zənginliyini, rəgarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən nəsillərə keçərək günümüzədək gəlib çatıb. Dövlətçilik tariximizdə mövcud olan atributlar fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə də öz əksini tapıb. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalayıb. 2009-cu il noyabrın 17-də isə hər il 9 noyabr gününü Azərbaycan Respublikasının Bayraq günü kimi qeyd edilməsi haqqında sərəncam verib. Həmin sərəncamlardan irəli gələn tələblərə uyğun olaraq respublikamızın bütün regionlarında Dövlət Bayraq Meydanları və kompleksləri yaradılıb.
Azərbaycan Bayrağı illərin sınaqından çıxıb müstəqillik uğrunda gedən mücadələlərdə şəhid olan minlərlə oğlu və qızlarımızın qanına boyandığını nəzərə alaraq hər bir azərbaycanlı üçün bayraq müqəddəs olmalıdır. Azərbaycan bayrağı milli ləyaqət simvoludur. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq istiqlal ideyalarının milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
Yaxın vaxtlarda ərazi bütövlüyü təmin olunduqdan sonra bayrağımız işğaldan azad olunan torpaqlarımızda Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. Bu gün Azərbaycan bayrağı dünyanın ən möhtəbər təşkilatlarının üzərində dalğalanır. Ümumilli lider Heydər Əliyevin apardığı siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirərək davam etdirilməsi nəticəsində bayrağımız dünya ölkələri üzərində dalğalanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB