Hidayət Orucov: “Ölkədə 125 adda dini ədəbiyyatın yayılmasına razılıq verilməyib” - AÇIQLAMA
"Dini etiqad azadlığı haqqında" Qanuna edilmiş son əlavə və dəyişikliklərdən biri də dini təyinatlı ədəbiyyat və əşyaların yalnız ixtisaslaşmış mağazalarda satılması ilə bağlı olduğundan bu istiqamətdə gərəkli tədbirlər həyata keçirilib. SİA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Komitə qanunvericiliyə əsasən, "Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında Təlimat" hazırlayıb və həmin sənəd Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Onun sözlərinə görə, qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması məqsədilə də müvafıq dövlət qurumları ilə birgə gərəkli tədbirlər həyata keçirilib və bu sahə ciddi nəzarətə götürülüb: "Görülmüş tədbirlər nəticəsində ölkəyə qanunsuz idxal olunan dini təyinatlı zərərli ədəbiyyatın və əşyaların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bunu statistika da təsdiqləyir. Belə ki, ötən il dinşünaslıq ekspertizası üçün Dövlət Komitəsinə 2391 adda dini ədəbiyyatın ölkəyə daxil olması cəhdi olub, onlardan 385 adda zərərli kitab zərərli olaraq geri qaytarılıb. Bu il isə avqust ayının 1-dək ekspertizaya təqdim edilmiş 993 adda dini ədəbiyyatdan cəmi 125-nin yayılmasına razılıq verilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB