AMEA-dan iş ELANI

AMEA-nın Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Qurumdan SİA-ya verilən xəbərə görə, vakant yerlər institutun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin aparıcı elmi işçisi, həmçinin Müasir siyasətin fəlsəfəsi şöbəsinin aparıcı və böyük elmi işçisi vəzifələrinə 1 yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

Telefon: (+994 12) 510 15 12.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə