Təmsilçilərimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş Assambleyasında iştirak edirlər
Türkiyənin Antalya şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının XXI Baş Assambleyası öz fəaliyyətinə başlayıb. Beynəlxalq Federasiyaya üzv olan 190 milli cəmiyyətin iştirak etdiyi Baş Assembleyada Beynəlxalq Federasiyanın yeni prezidenti, vitse-prezidentləri və İdarəetmə Şurasının üzvlərinin seçkiləri keçirilib.
Ölkəmizi həmin tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və milli cəmiyyətin icraçı katibi Ceyhun Mirzəyev, idarəetmə şurasının üzvü Bəylər Talıbov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nailə Ömərova təmsil edirlər. Beynəlxalq Federasiyanın XXI Baş Assambleyası öz işini sabah başa çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB