2017-ci il rekorda isti hava illəri sırasında ilk üçlüyə düşə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ekspertləri bu barədə şəhr veriblər.
Edilən şərhə görə, cari ilin yanvar-sentyabr aylarında müşahidə olunan hava temperaturu iqlim normasındanda 1.1 dərəcə yüksək olub.
"İqlim dəyişikliyi eləcə də fəlakətli qasırğalar və daşqınlar, istilik və quraqlıq təhlükə yaratmaqla yanaşı, insanlara, ətraf mühitə təsirsiz ötüşmür"- deyə, şərhdə qeyd olunub.
Müşahidələrə əsasən 2017-ci il son 5 ildə müşahidə olunan isti il sırasında üçlüyə düşə bilər. 2016-cı il ən isti il, 2015-2017-ci illər istə istiliyinə görə, ikini-üçüncü yerləri bölüşdürürlər: "Biz bu illərdə qeyri-adi hava şəraitini müşahidə etdik. Asiya qitəsində havanın temperaturu müsbət 50 dərəcəyədək yüksəlib, Atlantik okeanı sahillərindən başlayan qasırğa rekord həddə çataraq İrlandiya sahillərinə qədər irəliləyib, dağıdıcı masson yağışları və digər hadisələr milyonlarla insanın həyatına təsir edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB