Bakı İdman Sarayında “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən “Dördüncü Bayraq Festivalı”nın keçirilməsi nəzərdə tutulub.
SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, Azərbaycan Respublikasının Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə Nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hərbiçilərinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Bundan əlavə, proqrama əsasən tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq tağımının, xüsusi təyinatlılarının nümunəvi çıxışları, həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB