“Uncovering Future Threats” beynəlxalq konfransın açılış mərasimi keçirilir
Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin "Uncovering Future Threats" adlı 9-cu beynəlxalq illik konfransının açılış mərasimi keçirilir. SİA-nın xəbərinə görə, Beynəlxalq illik konfrans mütəmadi olaraq hər il İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən birində keçirilir.
4 gün keçirilməsi nəzərdə tutulan tədbirdə yeni nəsil kiber təhdidlər, gizli kiber indikatorların işlənilməsi, kiber cinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair kimi mövzuların müzakirəsi aparılacaq. Müzakirələrlə yanaşı konfransın proqramında praktiki təlimlər üçün də vaxt ayrılıb. Praktiki təlim proqramında kiber simulyasiyalar vasitəsi ilə təhdidlərin analizi və qorunma yollarının nümayişi planlaşdırılır.
Qeyd edək ki, tədbirin təşkilatçısı AR Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları "Delta Telecom LTD" MMM və "Azinfosec", xarici sponsorları isə "May Cyer Technology", "THALES" və "Videntifier" şirkətləridir. Tədbirə akademik dəstək ADA universiteti tərəfindən həyata keçirilir. Konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirak üçün qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB