Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov vətəndaş qəbulu keçirəcək.
DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir noyabr ayının 25-də saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qeyd edək ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB