Daşkəsəndə gənclər arasında güləş üzrə rayon birinciliyi keçirilib
3-4 noyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü ilə bağlı gənclər arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.
SİA-nın məlumatına görə, yarışdan öncə YAP Daşkəsən rayon təşkilatının Aparat rəhbəri Sərdar Xıdırov Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, partiyamızın keçdiyi şərəfli yoldan, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından, Ulu Öndərin müstəqil dövlətimizin inkişaf yoluna çıxarılması sahəsində gərgin fəaliyyətindən ətraflı danışıb.
Sərdar Xıdırov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkənin tarixində yeni mərhələnin başlandığını deyib. O, həmçinin bildirib ki, bu gün öz sıralarında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib.
Yarışda 60 nəfər idmançı öz gücünü sınamış və müxtəlif çəki dərəcələri üzrə 12 nəfər idmançı birinci yerə layiq görülüblər.
2-ci və 3-cü yeri tutan idmançılara YAP Daşkəsən rayon təşkilatının fəxri fərmanları təqdim olunmuş, 1-ci yerin qaliblərinin isə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə bağlı keçiriləcək təntənəli rayon tədbirində qiymətli hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB