Elxan Poluxov: “Türkiyə bayraqlarının çıxarılması barədə yayılan məlumatlar yalandır”
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanla Türkiyə arasında "bayraq böhranı"na dair Ermənistan kütləvi informasiya vasitələrində yer alan xəbərlərə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov SİA-ya açıqlamasında bayraq böhranına dair yayılan məlumatları təkzib edib.
O, qeyd edib ki, Türkiyə Respublikasının bayraqları nəzərdə tutulan yerlərdə asılıb və heç bir dəyişiklik olunmayıb: "Bu məlumatlar özündə həqiqəti əks etdirmir. Türkiyə bayraqlarının çıxarılması barəsində yayılan məlumatlar yalandı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB