Tərəvəzi, xurması, alma-armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gündən-günə gözəlləşən, inkişaf edən Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti beynəlxalq tədbirə ev sahibliyi edir.
Noyabrın 4-də günorta saatlarında Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Beynəlxalq xurma festivalı”na start verilib.
Balakən Rayon İcra Hakimiyyəti, “Balkhoorma” şirkəti, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Festival iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara baxacaq, kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olacaqlar. Həmçinin Balakən mətbəxinin nümunələrinin dadına baxacaq, folklor kollektivlərinin, pəhləvanların çıxışlarını izləyəcəklər. Festivalın açılış mərasimində respublikanın tanınmış müğənniləri konsert proqramı ilə çıxış edəcəklər.
Daha sonra Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsi ilə tanışlıq olacaq, festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB