Sürücülərə şad xəbər parklanma 3 gün pulsuz olacaq

Sürücülərə şad xəbər parklanma 3 gün pulsuz olacaq

Rusiyada Milli Birlik Günü ilə əlaqədar 4-6 noyabr tarixi qeyri iş günləri elan olunub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bayram günləri ilə əlaqədar olaraq avtomobil sürücüləri Moskvada 3 gün müddətində maşınlarını pulsuz park edə biləcəklər. Moskva avtoparkının İdarəetmə Komitəsinin mətbuat xidmətinin açıqladığı məlumatda deyilir: "Lakin sürücülər onlara yaradılan şəraitdən sui-istifadə etməməli, yol hərəkəti qaydalarına riayət edərək, avtomobilləri yalnız icazə verilən yerlərdə park etməlidirlər".

Məlumatda əlavə olunub ki, Milli Birlik günündə sürücülər avtomobillərini saxlamaq üçün şəhər küçələrində 80 min yerə sahib olacaqlar. Lakin bayram günlərində maneələri olan 79 pullu dayanacaq cari tariflərə görə fəaliyyət göstərəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə