Amrin Rustambek: “Xəzər-2017” beynəlxalq təlimi yüksək səviyyədə keçirildi
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakıda keçirilən “Xəzər-2017” beynəlxalq təlimi yüksək səviyyədə keçirildi. Bu təlimdə Xəzəryanı ölkələrin xilasediciləri birgə fəaliyyətdə yüksək uzlaşma səviyyəsi nümayiş etdirdilər."
Bunu jurnalistlərə müsahibəsində Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin fövqəladə halların qarşısının alınması idarəsinin rəisi Amrin Rustambek deyib.
Qonaq bildirib ki: “Qazaxıstan tərəfi bu təlimə 15 nəfərlik şəxsi heyət və 3 texnika ilə qatılıb. Bizim üzərimizə düşən tapşırıq 1300 kilometrlik marşı quru yolla maneəsiz yerinə yetirmək idi. Operativ şəkildə Azərbaycanın ərazisinə gəldik. İkinci məsələ isə təlimlərdə qarşımıza qoyulan tapşırıqlar idi. Bunu da uğurla yerinə yetirdik. Təlimlərin miqyası göstərir ki, xilasedici bölmələr öz işlərini ilbəil təkmilləşdirirlər. Nəticə etibarı ilə onların peşəkarlığı artır”.
İdarə rəisi xüsusi vurğulayıb ki, təlimdə azərbaycanlı həmkarlarımız yüksək hazırlıqlı olduqlarını nümayiş etdirdilər. Təlimlərə Azərbaycan tərəfindən cəlb edilmiş texnika onu deməyə əsas verir ki, ölkəniz sürətlə inkişaf edir. Bu təlimlər dövlətlərarası razılaşmaların icrasını yoxlamaq imkanı yaratdı. Bunu əyani olaraq bir daha sübut etdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB