Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində bir qrup uşaqla görüş keçirilib
Noyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Uşaqlarının 4-cü Forumuna seçilən bir qrup uşaqla görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, rəhbərlik etdiyi qurum uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara problemlərinin həlli ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının 1-ci Forumunu keçirib.
Qeyd olunub ki, bu yaxınlarda keçiriləcək 4-cü Forumda iştirak edəcək uşaqların seçilməsi üçün 2017-ci ilin mart-aprel aylarında regional görüşlər təşkil edilib. Həmin görüşlərdə uşaq hüquqları sahəsində bilikləri olan, mövzu üzrə fikirlərini sərbəst ifadə edə bilən uşaqlar seçilib. Sonda görüşdə iştirak edən uşaqların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB